Arzu Səmədbəyli


Arzu Səmədbəyli (Səmədov Arzu Həbib oğlu) — Millət vəkili (2005-2010).
Səmədbəyli Arzu Həbib oğlu, 1962-ci il mayın 10-da Ermənistanın Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirib.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsini  bitirib.
1984-cü ildən Azərbaycan Üzümçülük və Şərabçılıq Komitəsində mühəndis, böyük mühəndis, aparıcı mühəndis, birinci dərəcəli mühəndis işləyib.
Milli azadlıq hərəkatının fəal iştirakçılarından olan A.Səmədbəyli 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsiində şöbə müdiri, Azərbaycan Respublikası müdafiə nazirinin baş referenti, 1993-2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının İnformasiya və mətbuat mərkəzinin direktoru, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.
2004-cü ildən Müsavat Partiyasının üzvüdür.2004-cü  -2010-cu illər Musavat Partiyası  başqanının müavini,2010-2014-cü illər Musavat Məclisinin sədri olub. Hal-hazırda Müsavat Partiyasıi Məclisinin üzvüdür. Milli Strateji Düşüncə Mərkəzinin qurucu üzvüdür.
2005-2010-cu illərdə millət vəkili olmuş, Milli Məclisdə isə İnsan hüquqları komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir.
Ailəlidir,iki oglu var.